КОКОСОВЫЕ КЕКСЫ - KOKOSLU VƏ PENDİRLİ KEKSLƏR


Рецепт этих португальских пирожных пленил своей простотой и в то же время новыми вкусовыми сочетаниями:) Если не прочь попробовать что-то оригинальное, а охоты возиться нет, этот рецепт для вас!

Bu portuqal kekslərin resepti öz asanlığı və eyni zamanda yeni dad birləşməsi ilə məni cəlb edirdi. Əgər çox əlləşmədən orijinal bir şey dadmaq istəyirsinizsə, bu resept sizin üçündür!


Ингредиенты (можно уменьшать):

пармезан - 200 г
яйца - 8 шт.
сахарный песок - 300 г
кокосовая стружка - 200 г


Ərzaqlar (azaltmaq olar):

parmezan pendiri - 200 q
yumurta - 8 dənə
şəkər tozu - 300 q
kokos ovuntusu - 200 q

Все проще простого: натрите пармезан на мелкой терке и хорошенько смешайте все ингредиенты. Распределите по смазанным маслом маленьким формочкам, заполните только на 2/3, ибо тесто поднимется. Выпекайте при 160 градусах 20-30 минут до легкого золотистого цвета. Готовность проверьте зубочисткой - она должна выходить из кексов сухой. Извлекайте из формочек остывшими.

Hər şey olduqca asandır: parmezanı xırda-xırda ovub hər şeyi yaxşıca qarışdırın. Xəmiri yağlanmış balaca formalara tökün, amma 2/3-dən çox doldurmayın, çünki sobada xəmir qalxacaq. 160 dərəcəyə sobada 20-30 dəqiqə ərzində bişirin. Hazır kekslər açıq qızılı rəngdə olmalıdırlar, və onlara batırılmış çöp quru çıxmalıdır. Soyuyandan sonra formalardan çıxarın.


No comments :

Post a Comment